BDYPİ: Müşahidə olunan qarlı və şaxtalı hava avtomobil yollarında hərəkəti çətinləşdirir
Far.Az xəbər saytı

BDYPİ: Müşahidə olunan qarlı və şaxtalı hava avtomobil yollarında hərəkəti çətinləşdirir


Hazırda ölkənin bir sıra bölgələrində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir.

"Report" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır:

"Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir. Sürücülər zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinməli, nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini yoxlamalıdırlar. Həmçinin qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edilməli, sürət həddi yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz məsafəsi qorunmalıdır. Yorğun və yuxusuz halda sükan arxasına əyləşilməməlidir".

Oxşar xəbərlər

Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər