Rusiya Xarkovun mərkəzinə raket zərbəsi endirdi: 19 yaralı var
Rusiyanın Ukraynanın Xarkov şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində 19 nəfər xəsarət alıb. Yaralananlar arasında azyaşlı uşaq da var.
Far.Az-in məlumatına görə, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, hücumdan sonra 19 nəfər tibbi yardıma müraciət edib. Onun sözlərinə əsasən, yaralılar arasında 6 aylıq körpə də olub, lakin uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranmayıb.
Sinequbov qeyd edib ki, xəsarət alan şəxslərin yaşı 20 ilə 79 arasında dəyişir. Bir nəfərin isə güclü psixoloji sarsıntı keçirdiyi bildirilir.
Hazırda bütün zərərçəkənlərə müvafiq tibbi yardım göstərilir.
Hadisə yerində xilasetmə və axtarış tədbirləri davam etdirilir. Ukraynanın Baş naziri Yuliya Sviridenko isə hücum anlarını əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Oxşar xəbərlər
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













