Rumıniyada 11 min nəfər içməli susuz qalıb
Far.Az xəbər saytı

Rumıniyada 11 min nəfər içməli susuz qalıb


Rumıniyanın Braşov kəndində yaşayış məntəqəsində su mənbəyi dizel yanacağı ilə çirkləndiyindən 11 000 nəfərin yaşadığı dörd yaşayış məntəqəsinə içməli su təchizatı dayandırılıb.

"Report"un məlumatına görə, bu barədə Rumıniyanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamenti xəbər verib.

Dekabrın sonlarında Arpaşu-Mare kommunası yaxınlığında baş verən qəza nəticəsində zədələnmiş yük maşınının çənindən dizel yanacağı dörd kəndi su ilə təmin edən mənbəyə sızıb.

Departament sakinlərin qraflığın su şirkətinin ehtiyatından içməli su ilə təmin edilməsi üçün tədbirlər görüldüyünü bildirib. Təsirə məruz qalan Viktoriya şəhərinə və Uça, Viştya və Drequs kəndlərinə, əsasən qocalar evinə, xəstəxanaya və bələdiyyə binasına ümumilikdə 4 000 litr içməli su çatdırılıb.

Oxşar xəbərlər

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Paytaxtda sakinlər üçün təhlükə mənbəyi olan ÜNVANLAR - "Qorxu içində gəzirik"
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Növbəti köç Ağdərə və Xocalı rayonlarının kəndlərinə çatıb, açarlar təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər