Meksikada güclü zəlzələdən sonra 900-dən çox afterşok qeydə alınıb
Far.Az xəbər saytı

Meksikada güclü zəlzələdən sonra 900-dən çox afterşok qeydə alınıb


Seysmoloqlar Meksikada 6,5 ​​maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alıblar.

"Far.Az"un məlumatına görə, ölkənin Milli Seysmoloji Xidməti bu barədə "X" sosial şəbəkəsində xəbər verib.

"Yanvarın 2-si saat 20:00-a olan məlumata görə, Herrero ştatının San-Markos rayonunda baş verən 6,5 maqnitudada zəlzələdən sonra 936 afterşok qeydə alınıb", - paylaşımda bildirilir.

Qeyd olunur ki, ən güclü afterşok 4,7 maqnitudada olub. Seysmik aktivliyin monitorinqi davam edir.

Əsas zəlzələnin ilkin maqnitudası 6,5 olub. Episentr Herreronun San-Markos şəhərindən 15 km cənub-qərbdə, ocağı təxminən 10 km dərinlikdə yerləşib. Mexiko şəhərində baş verən zəlzələ nəticəsində on iki nəfər xəsarət alıb.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
BP "Şahdəniz" yatağında seysmik kəşfiyyatın başlama tarixini açıqlayıb
Meksikada zəlzələ nəticəsində 12 nəfər xəsarət alıb - YENİLƏNİB
Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİ CAVAB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər