Rusiya Ukraynanın Zaporojye vilayətinə 600-dən çox zərbə endirib
Rusiya qoşunları son sutka ərzində Ukraynanın Zaporojye vilayətinin 23 yaşayış məntəqəsinə 600-dən çox zərbə endirib.
"Far.Az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.
"Son sutka ərzində Rusiya Zaporojye vilayətinin 23 yaşayış məntəqəsinə 605 zərbə endirib. Dinc sakinlər arasında xəsarət alan yoxdur", - o, telegramda yazıb.
Administrasiya rəhbərinin sözlərinə görə, yaşayış evləri, avtomobillər və infrastruktur obyektlərinə dəymiş ziyanla bağlı 105 məlumat daxil olub.
Öz növbəsində Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Rusiya qoşunları gecə kritik infrastruktura hücum ediblər.
"Gecə saatlarında Rusiya "Shahed-131/136" tipli PUA-larla vilayətin kritik infrastrukturuna kütləvi hücum həyata keçirib. Xəsarət alan yoxdur", - o, telegramda yazıb.
V.Kimin sözlərinə görə, hücum nəticəsində Nikolayev rayonunun bəzi yaşayış məntəqələrində elektrik enerjisi kəsilib. Enerjinin verilişinin bərpası istiqamətində iş aparılır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













