QMİ Həccə gedəcək zəvvarlara növbəti çağırış edib
Far.Az xəbər saytı

QMİ Həccə gedəcək zəvvarlara növbəti çağırış edib


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlara çağırış edib.

"Far.Az"un məlumatına görə, QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri xatırladıb ki, Səudiyyə Ərəbistanı Həcc və Ümrə nazirliyi dünyadakı bütün Həcc missiyalarına qeydiyyat prosedurlarının erkən bitirilməsi üçün ciddi tələb qoyub.

V.Cahangiri qeyd edib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq:

"Həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan qeydiyyata düşsünlər. Ziyarət üçün nəzərdə tutulan kvotadan asılı olmayaraq sənədlərin qəbulu fevralın 15-də bitəcək".

Xatırladaq ki, QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə torpaq sahəsi almaq istəyənlər üçün YENİ XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər