Almaniya və İtaliya Venesueladakı vəziyyətlə əlaqədar böhran qərargahlarının iclaslarını çağırıb
Almaniya və İtaliya ABŞ-nin əməliyyatı fonunda Venesueladakı vəziyyətlə bağlı narahatlıq ifadə ediblər.
"Far.Az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, Almaniya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, "Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyirlər" və bu məsələ ilə bağlı daha sonra "böhran qərargahı"nın iclası keçirilməlidir.
"Nazirlik Karakasdakı səfirliklə sıx təmasdadır və böhran qərargahı bu gün daha sonra toplaşacaq", - qurumdan qeyd ediblər.
Öz növbəsində İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Roma və onun Karakasdakı diplomatik nümayəndəliyi hadisələrin inkişafını diqqətlə izləyir, ölkədəki italyan icmasına xüsusi diqqət yetirir.
Onun sözlərinə görə, İtaliyanın Baş naziri Corcia Meloni mütəmadi olaraq məlumat alır və XİN-in böhran qərargahı artıq işə başlayıb.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













