Maduronun ailəsinə və nazirlərə qarşı ittihamlar açıqlanıb
ABŞ Ədliyyə Departamenti Venesuela Prezidenti Nikolas Maduroya, onun həyat yoldaşına və oğluna qarşı yeni ittiham aktının mətnini dərc edib.
"Report" xəbər verir ki, müvafiq sənəd departamentlə yanaşı ABŞ-nin baş prokuroru Pamela Bondinin "X" səhifəsində də paylaşılıb.
İttiham olunanların siyahısında Venesuelanın keçmiş xarici işlər naziri Ramon Rodriqez Çasin, daxili işlər və ədliyyə naziri Diosdado Kabelyo, həmçinin ABŞ hakimiyyəti tərəfindən "Tren de Aragua" cinayətkar kartelinin başçısı hesab edilən Ektor Gerrero yer alır.
Sonuncuya qarşı ittihamlar ABŞ-də hələ dekabr ayının ortalarında irəli sürülüb. Onların hamısı narkotik ticarətinin təşkilində ittiham olunur. İttiham aktında bildirilir ki, Maduro və müttəfiqləri Venesuelanın qurumlarını öz mənfəətləri üçün narkotik ticarəti ilə əlaqəli korrupsiya yuvasına çeviriblər.
Oxşar xəbərlər
Maduro və arvadına qarşı irəli sürülən İTTİHAMLAR MƏLUM OLDU
KİV: Maduro edam cəzasının qüvvədə olduğu ştata aparılıb
Nikolas Maduronun ABŞ hərbçiləri tərəfindən SAXLANILMA ANI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib













