Avropa FMLA gizli təyyarəsinin hazırlanmasına başlayır
Far.Az xəbər saytı

Avropa FMLA gizli təyyarəsinin hazırlanmasına başlayır


Avropa İttifaqında (Aİ) "Super Tucano"nun universallığını, eyni zamanda, təyyarəni azgörünən və iqtisadi cəhətdən səmərəli etmə cəhdini birləşdirməyə hesablanmış çoxfunksiyalı yüngül turbovintli FMLA təyyarəsinin hazırlanmasına start verilir.

"Far.Az"un "Defense Express"ə istinadən məlumatına görə, FMLA ("Future Multirole Light Aircraft" – "Gələcək Çoxfunksiyalı Yüngül Təyyarə") layihəsi Avropa Müdafiə Fondunun 2026-cı il proqramı çərçivəsində 15 milyon avro maliyyə dəstəyi alıb.

Avropa Müdafiə Fondunun sənədlərinə əsasən, yeni təyyarə mövcud turbovintli modelləri təkrarlamamalı, lakin birbaşa atəş dəstəyi, dronların tutulması, kəşfiyyat, zərbələrin koordinasiyası və hədəf göstərilməsi kimi tapşırıqları yerinə yetirməlidir.

Bundan başqa, FMLA-nın mülki missiyalara – o cümlədən axtarış-xilasetmə əməliyyatlarına uyğunlaşdırılması imkanı vurğulanır. Yüngül təyyarə turbovintli mühərriklə təchiz olunmalı, uçuş kütləsi 7,5 tona qədər olmalı və 450 metrlik zolaqlardan qısa məsafədə qalxma-enmə imkanına sahib olmalıdır. Xüsusi diqqət radar görünməzliyini azaldan müasir materiallara və texnologiyalara, radioelektron mübarizəyə davamlılığa, öz radar sistemlərinə və "adaptiv maskalanma" vasitələrinə yönəldilir. Bununla yanaşı, aparat mürəkkəb iqlim şəraitində effektivliyini qoruyub saxlamalı və ekoloji standartlara cavab verməlidir.

FMLA aşağı intensivlikli münaqişələr, düşmənin hava hücumundan müdafiə sistemlərinin zəiflədildiyi əməliyyatlar və "açıq münaqişə həddindən aşağı" missiyalar üçün nəzərdə tutulur. Əslində, bu təyyarə müasir döyüş maşınlarını almağa imkanı olmayan ölkələr üçün əlçatan və sərfəli həll olacaq. Ekspertlər konsepsiyanın "Embraer"in "Super Tucano" modelini xatırlatdığını, lakin azgörünənlik tələbinin onu fərqləndirdiyini bildirirlər – turbovintli mühərrikin "stealth" texnologiyaları ilə birləşdirilməsi mürəkkəb mühəndislik vəzifəsidir.

Yeni təyyarənin təchizat perspektivi hələlik 2035–2040-cı illərə təxirə salınıb ki, bu da layihəni Avropa aviasiyası üçün uzunmüddətli təşəbbüsə çevirir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər