İsveçrədə Kran-Montanadakı yanğında ölənlərlə bağlı milli matəm elan edilib
Far.Az xəbər saytı

İsveçrədə Kran-Montanadakı yanğında ölənlərlə bağlı milli matəm elan edilib


İsveçrə hakimiyyəti 9 yanvar tarixini Kran-Montana kurortundakı barda baş verən və 40 nəfərin həyatına son qoyan yanğından sonra milli matəm günü elan etməyi planlaşdırır.

"Far.Az"un məlumatına görə, bu barədə konfederasiya prezidenti Gi Parmelin "Tages-Anzeiger" qəzetinə müsahibəsində bildirib.

"9 yanvar tarixində federal hakimiyyət İsveçrə kilsələri ilə birlikdə milli matəm günü keçirməyi planlaşdırır", – deyə o vurğulayıb.

Prezident həmin gün nəzərdə tutulan xatirə mərasimində iştirak etməyi də planlaşdırır.

"Milli həmrəyliyin başqa bir nişanəsi olaraq saat 14:00-da Kran-Montanadakı matəm mərasiminin başlanğıcında bütün İsveçrə kilsələrində zənglər çalınacaq. Bundan əlavə, həmin vaxt ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək", – Parmelin əlavə edib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
İsveçrə Prezidenti 40 nəfərin öldüyü kurort zonasına yollanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər