Portuqaliyada Türkiyənin Aİ-nin sənaye strategiyasına daxil edilməsi müzakirə olunacaq
Far.Az xəbər saytı

Portuqaliyada Türkiyənin Aİ-nin sənaye strategiyasına daxil edilməsi müzakirə olunacaq


Türkiyənin xarici işlər naziri Hakan Fidanın dekabrın 5-də Portuqaliyaya planlaşdırılan səfəri zamanı yüksək səviyyəli görüşlər keçirəcəyi, əsas müzakirə mövzusunun isə ölkənin Avropa İttifaqının (Aİ) sənaye strategiyasına daxil edilməsi olacağı gözlənilir.

"Far.Az" bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir.

Bildirilib ki, səfər çərçivəsində H. Fidan portuqaliyalı həmkarı Paulo Rangeldə daxil olmaqla, bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında sənayə sahəsində, xüsusilə dənizçiliklə bağlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Həmçinin H. Fidanın Türkiyə-Aİ münasibətlərini də müzakirə edəcəyi qeyd olunub:

"Fidanın Türkiyənin Aİ-nin sənaye strategiyasına, qurumun rəhbərliyindəki təhlükəsizlik və müdafiə layihə və proqramlarına daxil edilməsinin daşıdığı kritik önəmin vurğulaması gözlənilir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər