Zakir Həsənov ABŞ nümayəndələri ilə hərbi əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Zakir Həsənov ABŞ nümayəndələri ilə hərbi əməkdaşlığı müzakirə edib


Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əlaqələrin inkişaf məsələləri müzakirə edilib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mallin və Nümayəndələr Palatasının digər üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyində təşkil edilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin mövcud vəziyyətindən razılığını ifadə edib, bu əlaqələrin ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

Markveyn Mallin isə öz növbəsində qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanları və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Zakir Həsənov ABŞ nümayəndələri ilə hərbi əməkdaşlığı müzakirə edib

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər