COP29-la bağlı xaricə ezam olunan məsul şəxslərin ezamiyyə xərcləri artırılıb
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı xaricə ezam olunan məsul şəxslərin ezamiyyə xərcləri artırılıb.
"Far.Az"un xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərarla Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nda “Qeydlər”in 2-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri, habelə həmin sessiyaların müəyyən edilmiş Prezidenti tərəfindən hazırlıq işlərinin aparılması üçün formalaşdırılmış məsul nümayəndələrdən ibarət heyətin üzvləri COP29 tədbirləri çərçivəsində 2024-2025-ci illər ərzində Nyu-York, Vaşinqton, Cenevrə, Davos, Rio-de-Janeyro, Əbu-Dabi, Sidney, Tokio, London, Madrid, Paris, Roma, Vyana, Sinqapur, Nukualofa 2 şəhərlərinə ezam olunarkən onların ezamiyyə xərclərinin bir günlük normasına həmin şəhərlər üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə ödənilir".
Oxşar xəbərlər
Sentyabr ayının hava proqnozu açıqlanıb
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ali məktəblərdə illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb
Nazir: İqlim dəyişmələri Azərbaycanın kənd təsərrüfatına ciddi təsir göstərir
"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
-
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb













