Xidmət: Qarlı və şaxtalı hava su təchizatında ciddi problemlər yaratmayıb
Azərbaycanda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, iri şəhərlərdə su təchizatında ciddi problemlər qeydə alınmayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qeyd olunub ki, qurum 24 saat iş rejimində fəaliyyət göstərib, bayram günlərində isə gücləndirilmiş iş qrafiki tətbiq olunub.
Məlumata görə, 31 dekabr – 4 yanvar tarixlərində 955 Çağrı Mərkəzinə 6 şəhər üzrə daxil olan müraciətlərə operativ reaksiya verilib, müvafiq iş əmrləri yaradılıb və problemlər qısa müddətdə aradan qaldırılıb.
"Görülən işlər əsasən daxili su və tullantı su xətlərində baş verən nasazlıqların aradan qaldırılmasını, eləcə də daşıyıcı xətlərdə mümkün qəzaların qarşısının alınmasını əhatə edib. Sözügedən dövrdə sayğaclarda donvurma halları ilə bağlı cəmi 2 müraciət daxil olub. Həmin müraciətləri Naxçıvan şəhər Sukanal İdarəsinin əməkdaşları operativ şəkildə həll edib".
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb
-
Peruda güclü zəlzələ olub













