Parisdə Suriya-İsrail danışıqlarının altıncı raundu başlayıb
Parisdə ABŞ-nin vasitəçiliyi ilə Suriya-İsrail danışıqlarının altıncı raundu başlayıb.
"Report" xəbər verir ki, bu barədə "SANA" agentliyinə Suriya hökumət dairələrinə yaxın mənbə bildirib.
Qeyd olunub ki, Suriya nümayəndə heyətinə xarici işlər naziri Əsəd əl-Şeybani, İsrail nümayəndə heyətinə isə ölkənin ABŞ-dəki səfiri Yeyxiel Leyter rəhbərlik edir. Parisdəki danışıqlar qrupunun tərkibinə Suriyanın Ümumi Kəşfiyyat Xidmətinin rəisi Hüseyn əs-Salame də daxildir.
İki gün davam edəcək danışıqlar 1974-cü il tarixli Colan yüksəkliklərində İsrail və Suriya qüvvələrinin ayrılması haqqında sazişin bərpasına yönəlib.
"Suriya tərəfi İsrail qüvvələrinin 2024-cü ilin dekabrında tutduqları ərazilərdən çıxarılmasını tələb edir" , - məlumatda bildirilib.
Onun sözlərinə görə, Dəməşq Suriyanın tam suverenliyini təmin edəcək və daxili işlərinə hər hansı müdaxilə formalarının qarşısını alacaq ədalətli təhlükəsizlik tədbirləri haqqında müqaviləyə nail olmağa çalışır.
Mənbənin qeyd etdiyi kimi, İsrail ilə dialoqun bərpası ərəb respublikasının öz ayrılmaz milli hüquqlarına sadiqliyini təsdiqləyir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













