Parisin avtomobil yollarında 900 km uzunluğunda tıxac yaranıb
Güclü qar yanvarın 5-də Parisdə və ətraf rayonlarda nəqliyyatın işində ciddi fasilələrə səbəb olub.
"Report" "La Liberte"yə istinadən xəbər verir ki, axşam saatlarında qar yağması və istirahət günləri vətəndaşların küçəyə çıxması səbəbindən Fransa paytaxtının avtomobil yollarında rekord həddə, 900 kilometrlik tıxac yaranıb.
Qeyd edilib ki, səhər saatlarında Parisdə avtobusların hərəkəti dayandırılıb, ölkənin aviasiya şirkətləri uçuşların sayını azaldıb.
"Aviasiya şirkətləri bazar ertəsi Paris-Şarl-de-Qoll və Paris-Orli hava limanlarında uçuşların sayını 15% azaltmalıdırlar. Bu tədbirlər uçuş-enmə zolaqlarının qardan təmizlənməsi və buzlaşmanın qarşısını almaq üçün təyyarələrin işlənməsi üçün zəruridir", - Fransanın nəqliyyat naziri Filipp Tabaro mətbuat konfransında vurğulayıb.
Qeyd edək ki, 5 yanvarda Fransanın qərbində güclü qar yağıb, daha sonra eyni hava şəraiti Paris regionunda nəqliyyatın hərəkətində əhəmiyyətli fasilələrə səbəb olub.
Oxşar xəbərlər
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Şəkidə ilk dəfə "Sağlamlıq Günləri" keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













