Pakistanın Azərbaycandakı səfiri iki ölkənin işgüzar dairələrinə çağırış edib
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin iki ölkənin işgüzar dairələrini əməkdaşlığı gücləndirməyə çağırıb.
"Report" xəbər verir ki, diplomat çağırışını Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda edib.
“Ölkələrimiz tərəqqiyə və rifaha dair ümumi baxışla birləşərək, qarşılıqlı hörmət və bütün sahələrdə əməkdaşlığa əsaslanan uzunmüddətli qardaşlıq münasibətlərini dəstəkləyirlər. Bu gün biz misilsiz imkanların astanasındayıq. İqtisadiyyatlarımızın şaxələndirilməsi və strateji mövqeyimiz hər iki ölkəni regional və qlobal bazarlarda mühüm oyunçu və tərəfdaşa çevirir”, - o bildirib.
Səfirin sözlərinə görə, Azərbaycan və Pakistan unikal resurslarından və imkanlarından istifadə edərək, davamlı inkişafa və faydaya töhfə verə bilər: “Biz bu üstünlükləri, o cümlədən qonşu ölkələrə və regionlara da şamil edə bilərik”.
O qeyd edib ki, iki ölkənin sahibkarları Pakistan və Azərbaycan rəhbərliyinin baxışını nəzərə alaraq, ticarət əlaqələrinin gücləndirilməsinə və investisiyaların artırılmasına diqqət yetirməlidirlər: “Biz birgə səylərlə ölkələrimizin sosial-iqtisadi inkişafına töhfə verəcək əməkdaşlıq üçün möhkəm zəmin yarada bilərik”.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Norveçdə pensiya yaşı artırıla bilər













