Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülh üçün bundan sonra da səylərini əsirgəməyəcək
Far.Az xəbər saytı

Blinken: ABŞ Ermənistanla Azərbaycan arasında davamlı sülh üçün bundan sonra da səylərini əsirgəməyəcək


ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıb.

"Far.Az" xəbər verir ki, Blinken Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.

O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.

Oxşar xəbərlər

ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edib
Azərbaycanla Ermənistan arasında imzalanan Əsasnamə: Razılaşmalar üçün əsas - TƏHLİL
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər