Rubio Argentinanın XİN başçısı ilə Venesuelaya qarşı əməliyyatı müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio və Argentinanın xarici işlər naziri Pablo Kirno çərşənbə axşamı telefon danışığında Vaşinqtonun Venesuelaya qarşı keçirdiyi əməliyyatı müzakirə ediblər.
"Far.Az"un məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqottun yazılı bəyanatında qeyd olunub.
Onun sözlərinə görə, Rubio Kirno ilə ABŞ-nin Venesuelaya qarşı atdığı addımlar barədə danışıb və bu addımları "hüquq-mühafizə sahəsində dəqiq əməliyyat" adlandırıb. Rubio həmçinin "Argentinanın narkoterrorizmə qarşı mübarizədə və regionda təhlükəsizliyin möhkəmləndirilməsində davamlı əməkdaşlığına görə" Kirnoya təşəkkürünü bildirib.
Piqottun sözlərinə görə, Rubio çərşənbə axşamı Belçikanın Baş nazir müavini və xarici işlər naziri Maksim Prevo ilə görüşdə də Venesueladakı vəziyyəti müzakirə edib. Onlar həmçinin "narkotiklərin yayılmasına qarşı mübarizədə əməkdaşlığın əhəmiyyəti və Qəzza zolağı ilə bağlı sülh danışıqlarının gedişi" barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













