Gündəlik həyatda xoşbəxtliyi tapmağın sirri açıqlandı
Psixoloqların fikrincə, "kiçik sevinclər mədəniyyəti" adlı yeni trend insanlara gündəlik həyatın sadə anlarından zövq almağı öyrədir və stresin azalmasına kömək edir.
BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirir ki, bu yanaşma böyük vaxt və ya maliyyə tələb etmir, lakin psixoloji dayanıqlığı gücləndirir, ailə münasibətlərini möhkəmləndirir.
Ekspertlərin sözlərinə görə, diqqəti xırda, amma müsbət məqamlara yönəltmək kortizolun – stress hormonunun səviyyəsini azaldır, emosional tarazlığı qoruyur və xüsusilə uşaqlarda emosional intellektin formalaşmasına müsbət təsir göstərir. Ailədə bu cür sevinclərin birlikdə paylaşılması güvən və bağlılıq hissini artırır.
Psixoloqlar xoşbəxtliyin əsas şərtlərindən birinin "indi və burada" yaşamaq, digərinin isə həyatın müxtəlif sahələri – sağlamlıq, ailə, dostluq və hobbilər arasında balans yaratmaq olduğunu vurğulayırlar. Gündəlik kiçik rituallar – qısa gəzinti, sevimli musiqi, bir neçə səhifə kitab oxumaq və ya ailəvi söhbət – ümumi psixoloji fonu nəzərəçarpacaq dərəcədə yaxşılaşdıra bilər.
Mütəxəssislər qeyd edirlər ki, xoşbəxtlik məhz bu cür sadə, lakin dəyərli anların cəmindən yaranır və çətin dövrlərdə insanın daxili güc mənbəyinə çevrilir.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Azərbaycan millisi Andorranı məğlub edib, Emin Mahmudov yığmada son oyununu keçirib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır













