Hollandiyada süni intellektə görə nikah etibarsız sayıldı
Hollandiyada məhkəmə nikah mərasimində süni intellekt tərəfindən hazırlanmış çıxışdan istifadə edildiyi üçün evliliyi etibarsız hesab edib. Qərara səbəb nikah zamanı qanunla tələb olunan rəsmi bəyanların səsləndirilməməsi olub.
Far.Az xəbər verir ki, Zwolle şəhərində 19 aprel 2025-ci ildə keçirilən nikah mərasimində bir günlük səlahiyyətlə təyin olunan nikah məmuru cütlüyün istəyi ilə çıxışı süni intellekt vasitəsilə hazırlayıb. Məhkəmənin 6 yanvar tarixli qərarında qeyd olunub ki, bu çıxışda Hollandiyanın Mülki Məcəlləsində nəzərdə tutulan məcburi hüquqi ifadələr yer almayıb.
Məhkəmə həmçinin bildirib ki, mərasimdə bələdiyyənin rəsmi nikah məmuru da iştirak etsə də, prosesə müdaxilə etməyib. Cütlük baş verənlərin onların məsuliyyəti olmadığını əsas gətirərək nikahın etibarlı sayılmasını istəsə də, məhkəmə qanunvericiliyin tələblərindən kənara çıxmağın mümkün olmadığını vurğulayıb.
Qərara əsasən, Hollandiyada nikaha daxil olan şəxslər nikah rəsmisi və şahidlər qarşısında bir-birlərini rəsmi şəkildə həyat yoldaşı kimi qəbul etdiklərini və evliliyin hüquqi öhdəliklərini yerinə yetirəcəklərini açıq bəyan etməlidirlər. Bu şərtin pozulması nikahın etibarsız sayılmasına səbəb olur.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













