Polşa ərazisində "Könüllülər koalisiyası" qüvvələrinin yerləşdirilməsinə razıdır
Polşa Ukraynaya təhlükəsizlik zəmanəti vermək üçün "Könüllülər koalisiyası" ölkələrinin qoşunlarının öz ərazisində yerləşdirilməsinə qarşı deyil.
"Report"un məlumatına görə, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Parisdə "Veymar üçbucağı" formatında (Polşa, Almaniya və Fransa) keçirilən görüşdən sonra jurnalistlərə bildirib.
Mətbuat konfransı TVP Info tərəfindən yayımlanıb.
"Prinsipcə, alman müttəfiqlərimizin Polşada olması yeni bir şey olmayacaq", - Sikorski Almaniya kansleri Fridrix Mertsin Berlinin Ukraynaya qonşu ölkələrdə mümkün qoşun yerləşdirməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Diplomat əlavə edib ki, Varşava Norveç və Fransa da daxil olmaqla digər ölkələrlə də qoşunlarının hər hansı hazırlıq formatlarında yerləşdirilməsini müzakirə edir. "Bunlar ordularımızın baş qərargah rəisləri arasında müzakirə detallarıdır", - o vurğulayıb.
Merts Parisdə "Könüllülər koalisiyası"nın iclasından sonra keçirilən mətbuat konfransında Almaniyanın Ukraynada mümkün atəşkəsin qorunması səylərinə töhfə verməyə və xüsusən qoşunlarını ona bitişik NATO ölkələri ərazisinə yerləşdirməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr













