ABŞ-də federal agentlər iki nəfəri güllələyib
Far.Az xəbər saytı

ABŞ-də federal agentlər iki nəfəri güllələyib


ABŞ Gömrük və Sərhəd Mühafizəsi agentləri Oreqon ştatının Portland şəhərində iki nəfəri güllələyib.

"Far.Az" xəbər verir ki, bu barədə Federal Təhqiqat Bürosunun (FTB) yerli ofisi məlumat yayıb.

"Portlenddəki FTB, təxminən saat 14:15-də (Bakı vaxtı ilə cümə günü saat 02:15 - Qeyd) baş verən atışmanı araşdırır. Hadisədə Gömrük və Sərhəd Mühafizəsinin agentləri iştirak edib, iki nəfər yaralanıb", - deyə FTB-nin açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-nin Minnesota ştatının Minneapolis şəhərində İmmiqrasiya və Gömrük Polisinin (ICE) agentləri avtomobili idarə edən qadını güllələyərək öldürüb.

Oxşar xəbərlər

Minneapolisdə ICE agenti qadını öldürməsindən sonra etirazlar başlayıb
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 106 il ötür
"Birlik - 2025": Azərbaycan hərbçiləri 4 ölkə ilə birgə sərhəd mühafizəsi üzrə fəaliyyətlər icra edirlər
Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər