Kiyev Rusiyanın "Oreşnik" raketini mümkün istifadəsi barədə Varşavanı xəbərdar edib
Far.Az xəbər saytı

Kiyev Rusiyanın "Oreşnik" raketini mümkün istifadəsi barədə Varşavanı xəbərdar edib


Ukrayna Rusiyanın hücum zamanı "Oreşnik" raketini tətbiq edə biləcəyi barədə Polşanı xəbərdar edib. Polşanın monitorinq sistemləri raketin uçuş trayektoriyasını və düşdüyü yeri izləyib.

"Report" xəbər verir ki, bu barədə Polşanın "RMF24" nəşri məlumat yayıb.

Bundan əlavə, Rusiyanın hücumu zamanı Kiyev Varşavaya raket haqqında məlumat da təqdim edib.

Xəbərdarlıq səbəbindən Polşa Silahlı Qüvvələrinin Əməliyyat komandanlığı yerüstü hava hücumundan müdafiə sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib. Buna Polşanın bir "Patriot" batareyası və Jeşuv yaxınlığında yerləşən Niderlandın bir neçə sistemi daxildir.

Qırıcı təyyarələr tətbiq edilməyib, çünki onlar müasir hipersəs raketini məhv etmək üçün faydasız sayılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər