Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür edib
Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşüb.
"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, görüşdə Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək ifadə olunub, həmçinin qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata (GUAM) sədrliyi kontekstində təşkilatın Xarici İşlər Nazirləri Şurasının müntəzəm iclasının çağırılması məsələsinə də toxunulub.
O. Mişenko Azərbaycana, ilk növbədə, Ukraynanın enerji sistemi və mülki infrastrukturun yenidən qurulması üçün göstərilən humanitar yardıma görə ölkəsi adından təşəkkür edib.
Öz növbəsində, Seymur Mərdəliyev Azərbaycanın bundan sonra da Ukraynaya praktiki yardımı artırmağa, Bakı və Kiyev arasındakı əməkdaşlığı möhkəmləndirməyə hazır olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













