"Bloomberg": Tramp yaxın günlərdə Qəzza üzrə Sülh Şurasının tərkibini elan edəcək
Far.Az xəbər saytı

"Bloomberg": Tramp yaxın günlərdə Qəzza üzrə Sülh Şurasının tərkibini elan edəcək


ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə müharibədən sonrakı planların həyata keçirilməsi üçün Qəzza üzrə Sülh Şurasının tərkibini elan etməyi planlaşdırır.

"Report" bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, şuranın tərkibinin gələn həftə elan olunacağı və ilk iclasının Davos forumu çərçivəsində keçiriləcəyi gözlənilir.

Məlumata görə, şura dövlət və hökumət başçılarından ibarət olacaq və ona şəxsən Tramp rəhbərlik edəcək. Şuranın vəzifələri arasında Qəzzada HƏMAS-ın yerinə müvəqqəti administrasiyanın formalaşdırılması, beynəlxalq təhlükəsizlik qüvvələrinin cəlb olunması və anklavın bərpasının maliyyələşdirilməsi yer alır.

İsrailin Baş naziri Benyamin Netanyahu planı dəstəkləyib, lakin HƏMAS-ın silahsızlaşdırılması və Qəzzanın tam demilitarizasiyası üzərində israr edir.

Xatırladaq ki, İsrail və HƏMAS ötən il oktyabrın 9-da Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Tramp tərəfindən təqdim olunan sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəlib. Qəzzada atəşkəs rejimi oktyabrın 10-da qüvvəyə minib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər