SDQ-nin Hələbi atəşə tutması nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Yanvarın 6-dan bəri PKK terror təşkilatının bir qolu olan "Suriya Demokratik Qüvvələri"nin (SDQ) atəşləri nəticəsində Hələb şəhərinin dinc sakinləri arasında ölənlərin sayı 24-ə yüksəlib, azı 129 nəfər yaralanıb.
"Far.Az" xəbər verir ki, bu barədə məlumatı SANA respublikanın Səhiyyə Nazirliyinə istinadən yayıb.
Ötən gün 23 nəfərin həlak olduğu və 100-dən çox insanın yaralandığı bildirilmişdi. Nəşrin məlumatına görə, SDQ yaraqlılarının sonuncu qrupları Hələbin məhəllələrindən çıxarıldıqdan sonra daxili təhlükəsizlik qüvvələri və minatəmizləmə xidmətləri bir neçə gün intensiv qarşılıqlı zərbələrin davam etdiyi Şeyx Maqsud məhəlləsində toqquşmaların nəticələrinin aradan qaldırılmasına başlayıblar.
Hələbin qubernatoru Əzzam Əl-Qərib "X" platformasındakı rəsmi bəyanatında bildirib ki, Şeyx Maqsud və Əşrəfiyə rayonlarında təhlükəsizlik vəziyyəti tədricən sabitləşir.
Oxşar xəbərlər
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "Neft bumu hamıya gülümsəyir" festivalının açılışı olub
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub













