İrandan Gürcüstana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb
Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, komitənin Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Azərbaycandan tranzit keçməklə İrandan Gürcüstana "kələm" yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.
Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə "kələm" formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Mobil telefonda və ayaqqabılarda gizlədilmiş qızıl külçələr aşkarlandı
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb
-
Peruda güclü zəlzələ olub













