Ukrayna müdafiə nazirinin müavini ən çox ehtiyac duyduqları silahı açıqlayıb
Far.Az xəbər saytı

Ukrayna müdafiə nazirinin müavini ən çox ehtiyac duyduqları silahı açıqlayıb


Ukrayna mühüm infrastrukturunu Rusiyanın genişmiqyaslı hücumlarından qorumaq üçün "Patriot" və NASAMS Hava Hücumundan Müdafiə (HHM) kompleksləri üçün əlavə raketlərə ehtiyac duyur.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Sergey Boyev NATO-Ukrayna Şurasının iclasında çıxışı zamanı bildirib.

"Rusiya Ukraynaya hücumlar üçün raket və dronların sayını əhəmiyyətli dərəcədə artırıb. Biz təcili olaraq "Patriot" və NASAMS sistemləri üçün əlavə raketlərə ehtiyac duyuruq", - S.Boyev qeyd edib.

O həmçinin müttəfiqləri PURL proqramına və müdafiə sənayesinə, xüsusilə dron əleyhinə vasitələrin inkişafına sərmayə qoymağa çağırıb.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski son sutka ərzində mülki və enerji infrastrukturu obyektlərinə qarşı təxminən 300 dronun, 18 balistik və 7 qanadlı raketin atıldığını bildirib.

Oxşar xəbərlər

Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər