Direktor vəzifəsi üzrə elektron ərizə qəbulu mərhələsinin nəticələri elan edilib
Direktor vəzifəsi üzrə ötən ilin 30 oktyabr – 11 noyabr tarixlərində baş tutan elektron ərizə qəbulu mərhələsinin nəticələri elan edilib.
"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Qeyd edilib ki, sözügedən mərhələdə 3036 namizədin müraciəti qeydə alınıb. Müsabiqə şərtlərinə əsasən, ali təhsili, pedaqoji stajı, sertifikatlaşdırma nəticələri, müəllimlərin işə qəbulu müsabiqəsi və ya diaqnostik qiymətləndirmə göstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəki şagird sayı uyğun hesab edilən 941 namizədin müraciəti müsbət dəyərləndirilib.
Müsabiqəyə müraciət etmiş şəxslər arasında ali təhsili və pedaqoji stajı tələblərə uyğun olan, lakin əvvəlki qiymətləndirmə nəticələri olmayan 627 namizəd var. Müsabiqə şərtlərinin tələblərinə uyğun olaraq, daha öncə qiymətləndirmə nəticəsi olmayan və ya tələblərdən aşağı olan namizədlər üçün ixtisas istiqamətləri üzrə imtahanın keçirilməsi nəzərdə tutulub.
İştirakçılara fənn üzrə 50, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 10 test tapşırığı təqdim ediləcək. Bildirilib ki, imtahanın 24 yanvar tarixində keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
FHN şagird və müəllimlərlə təlim keçirdi
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Anamla atam ailə qurmağımı istəyir"
-
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
-
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb













