Ötən il külək və günəş enerjisi istehsalı 162,3 mln. kVt·st artıb
2025-ci il üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 mln. kVt·st, yəni 0,9 % artaraq 28 657,5 mln. kVt·st olub.
Bu dövrdə İES-lərdə 24 823,4 mln. kVt·st, SES-lərdə 2 842,5 mln. kVt·st, digər mənbələr üzrə isə 991,6 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 169,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 599,8 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2024-cü illə müqayisədə külək və günəş elektrik stansiyalarında 162,3 mln. kVt·st artımla 769,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
2025-ci ildə elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 25 591,8 mln. kVt·st (İES-lərdə 22 703,6 mln. kVt·st, SES-lərdə 2 827,1 mln. kVt·st, GES-lərdə 61,1 mln. kVt·st), "Azərişıq" ASC üzrə külək elektrik stansiyalarında 27,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 3 038,7 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 1 147,3 mln. kVt·st, idxalı isə 177,2 mln. kVt·st olub.
Oxşar xəbərlər
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













