Əraqçi Fidana İrandakı etirazlarda xarici dövlətlərin əli olduğunu deyib - YENİLƏNİB
Far.Az xəbər saytı

Əraqçi Fidana İrandakı etirazlarda xarici dövlətlərin əli olduğunu deyib - YENİLƏNİB


İran və Türkiyənin xarici işlər nazirləri Abbas Əraqçi ilə Hakan Fidan regiondakı son hadisələri müzakirə ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İranın XİN rəhbəri türkiyəli həmkarına ölkəsində son günlərdə baş verən hadisələr və xalqın dinc etirazlarının zorakılığa keçməsi barədə danışıb. A.Əraqçi vurğulayıb ki, zorakılığın katalizatoru başqa dövlətlərlə əlaqəli elementlər olub, bu da bir neçə İran vətəndaşının ölümü ilə nəticələnib.

O, Fidanla söhbətində ölkədəki vəziyyətə xarici müdaxiləni və iğtişaşların səbəblərini açıqlayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 14-də iranlı həmkarı Abbas Əraqçi ilə növbəti telefon danışığı aparıb.

"Far.Az"un Türkiyə bürosunun məlumatına görə, nazirlər bölgədə yaranmış vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə və İran XİN rəhbərləri arasında son sutka ərzində iki dəfə telefon danışığı olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər