Ağ Ev: İranda 800 nəfərin edamının qarşısını alınıb
Far.Az xəbər saytı

Ağ Ev: İranda 800 nəfərin edamının qarşısını alınıb


ABŞ Prezidenti Donald Tramp İrana qarşı heç bir hərəkət variantını istisna etmir.

"Far.Az"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirdiyi ənənəvi brifinqdə bildirib.

"Prezident (İrandakı vəziyyəti) yaxından izləməyə davam edir, eyni zamanda bütün variantları nəzərdən keçirməyə davam edir. Həqiqət budur ki, yalnız Prezident Tramp nə edəcəyini bilir və çox, çox kiçik müşavir qrupu onun bu barədə düşüncələrini bilir", - o, Vaşinqtonun Tehrana qarşı mümkün hərbi güc tətbiqi ilə bağlı suala cavab olaraq bildirib.

Onun sözlərinə görə, Tramp İrandakı vəziyyəti yaxından izləməyə davam edir. "Dünən (14 yanvar - red.) biz qətllərin və edamların dayandırılacağını öyrəndik. Gördüyümüz kimi, nəticədə 800 insanın həyatı xilas edilib", - Ağ Evin mətbuat katibi hesab edir.

Oxşar xəbərlər

Kerolayin Livitt: Tramp İranla bağlı bütün variantları istisna etmir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər