"Nikkei": Azərbaycan nəqliyyat marşrutlarının inkişafı üçün logistika infrastrukturunu modernləşdirir
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzi halqası olduğu üçün logistika infrastrukturunun aktiv modernləşdirilməsini həyata keçirir.
"Report"un məlumatına görə, bu barədə Yaponiyanın "Nikkei" nəşrinin materialında qeyd olunub.
Qəzetin əməkdaşı 2025-ci ilin sonunda Bakı Beynəlxalq Dəniz Limanının fəaliyyəti, həmçinin ölkənin logistika potensialı ilə tanış olub.
"Azərbaycan rəsmiləri bildiriblər ki, Bakı limanına daxil olan konteyner yüklərinin təxminən 40%-i Çindən gəlir - avtomobillərdən tutmuş geyimlərə qədər. Yüklərin qalan hissəsi Mərkəzi Asiya ölkələrindən daxil olur", - deyə məqalədə qeyd edilir. Əks istiqamətdə - Çinə göndərilən yüklərin həcmi hələlik məhdud olub, əsasən yanacaq, sürtkü yağları və əlaqəli məhsulları əhatə edir.
Məqalədə vurğulanır ki, 2025-ci ildə limanın konteyner dövriyyəsi 107 min TEU-nu (20 futluq konteynerlərə ekvivalent) keçib, bu da 2020-ci ilin göstəricisini iki dəfədən çox üstələyir.
"Azərbaycan 2028-ci ilin sonuna qədər limanın illik buraxılış qabiliyyətini 25 milyon ton və 500 min TEU-ya çatdırmağı planlaşdırır", - deyə məqalədə vurrğulanır.
Qəzet öz materialında həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini xatırladıb, harada o, yük daşımalarının artırılmasında Çinin rolunu qeyd edib və əlavə edib ki, Azərbaycan Çindən və Mərkəzi Asiya ölkələrindən malların Zəngəzur dəhlizi vasitəsilə hərəkət edəcəyini gözləyir.
Bu bağlamda Azərbaycan nəqliyyat-logistika infrastrukturunu modernləşdirir: "Azərbaycan öz əsas limanının imkanlarını genişləndirir və Transxəzər marşrutu boyunca infrastrukturun tikintisini və modernləşdirilməsini sürətləndirir, bura təxminən 1200 km dəmir və avtomobil yolları daxildir".
Nəşr həmçinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Cənubi Qafqaz regionunda logistikanın inkişafının açdığı perspektivlər barədə sözlərini gətirir.
"Bizim strategiyamız Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma zonası deyil, geosiyasi əməkdaşlıq zonasına çevirməkdir", - "Nikkei" Hikmət Hacıyevdən sitat gətirib.
Nəşr həmçinin "Tramp marşrutu" (TRIPP) layihəsi ətrafında vəziyyət, onun işə düşmə müddətlərindən bəhs edib: "TRIPP hazır olduqda, yüklər Azərbaycanın Ermənistanla cənub sərhədinə qədər gedə biləcək, Ermənistanın cənubunda yeni dəmir yolu boyunca hərəkət edəcək, sonra Azərbaycanın Naxçıvan bölgəsindən keçərək Türkiyəyə gedəcək".
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Azərbaycanın 2025-ci ildə tranzit və yükdaşımada əldə etdiyi nailiyyətlər - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
Qarakənd faciəsindən 35 il ötür
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb













