ADY Abşeron dairəvi dəmir yolu üzrə qatarların hərəkət cədvəlini yeniləyir
Yanvarın 21-dən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər ediləcək.
Bu barədə "Far.Az" "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Yeni hərəkət cədvəlinə əsasən, iş günlərində qatarlar 96 reys yerinə yetirəcək.
İş günləri saat 18:40-da Bakıdan Xırdalan istiqamətində təyin edilən ekspres tipli qatar Biləcəri stansiyasında da dayanacaq. Həmçinin Sumqayıt-Pirşağı-Bakı xətti üzrə saat 08:00-da əlavə reys təyin edilib. Bu xətt üzrə Sumqayıtdan saat 07:30-da, eləcə də saat 08:00-da hərəkət edən ekspres qatarlarına Bakıxanovda dayanacaq veriləcək.
Bundan başqa, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə saat 18:05-də hərəkət edən ekspres qatarı Sabunçu vağzalında da dayanacaq.
ADY-dən bildirilib ki, qrafikin dəyişdirilməsi qatarlardan birinin zəruri və planlı təmir səbəbindən dövriyyədən çıxarılması ilə bağlıdır.
Şənbə və bazar günlərində şəhərətrafı qatarların hərəkət cədvəli dəyişiklik edilmədən qüvvədə qalacaq.
Qeyd edək ki, ADY hərəkətin təhlükəsizliyinin, hərəkət vasitələrinin təhlükəsiz istismarının və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə davamlı olaraq infrastrukturu yeniləyir, hərəkət tərkiblərinin (qatar, lokomotiv, vaqon və s.) texniki baxışını və təmirini həyata keçirir.
Yeni hərəkət cədvəli ilə tanış olmaq üçün keçid edin: https://ticket.ady.az/az/yeni-hereket-cedveli
Oxşar xəbərlər
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Sumqayıtdan paytaxta təşkil edilən yeni müntəzəm marşrutun dayanacaq məntəqələri açıqlanıb
Abşeron dairəvi dəmiryol marşrutu üzrə reyslərin sayı 92-yə çatdırılıb
Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldılıb? - RƏSMİ AÇIQLAMA
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların YENİ QRAFİKİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Peruda güclü zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb













