Starmer: Trampın rüsumların tətbiqi ilə bağlı qərarı tamamilə yanlışdır
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Qrenlandiya ilə bağlı qərarı Danimarka və ada sakinləri verməlidir.
"Report"un "Sky News"a istinadən məlumatına görə, Starmer bu barədə Amerika lideri Donald Trampın Qrenlandiya məsələsinə görə Böyük Britaniya da daxil olmaqla, səkkiz Avropa ölkəsinə qarşı gömrük rüsumlarının tətbiqi ilə bağlı bəyanatını şərh edərkən deyib.
"Qrenlandiya ilə bağlı mövqeyimiz tamamilə aydındır: ada Danimarka Krallığının bir hissəsidir və onun gələcəyi qrenlandiyalıların və danimarkalıların işidir. Biz həmçinin açıq şəkildə bildirmişik ki, Arktikada təhlükəsizlik bütün NATO üçün vacibdir və müttəfiqlər Arktikanın müxtəlif hissələrində Rusiyadan gələn təhlükəyə qarşı birlikdə mübarizə aparmalıdırlar", – deyə Starmer bəyan edib.
O həmçinin Trampın rüsumların tətbiqi ilə bağlı qərarını "tamamilə yanlış" adlandırıb.
"Biz, əlbəttə ki, bu məsələni birbaşa ABŞ administrasiyası ilə müzakirə edəcəyik", – deyə Starmer fikrini tamamlayıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər













