Respublika fənn olimpiadalarında 48 minə yaxın şagird iştirak edib
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi ölkə üzrə uğurla təşkil olunub. Olimpiadada VIII–XI siniflər üzrə ümumilikdə 48 minə yaxın şagird iştirak edib.
"Far.Az" xəbər verir ki, rayon (şəhər) mərhələsi Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və tarix fənləri üzrə ölkənin bütün şəhər və rayonlarında keçirilib.
Bu mərhələ olimpiadanın ilkin və mühüm seçim mərhələsi olmaqla, şagirdlərin bilik səviyyəsini, məntiqi və analitik düşünmə bacarıqlarını ölçən tapşırıqlardan ibarət olub. Yüksək nəticə göstərən şagirdlər növbəti mərhələ – respublika mərhələsinin yarımfinal turunda iştirak hüququ qazanacaqlar.
Respublika Fənn Olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərin fənlərə olan marağını gücləndirmək, istedadlı şagirləri aşkar etmək və onların bilik səviyyəsini qiymətləndirməkdir.
Qeyd edək ki, rayon (şəhər) mərhələsinin nəticələri 27 yanvardan etibarən elan ediləcək.
Oxşar xəbərlər
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Anamla atam ailə qurmağımı istəyir"
-
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
-
Neymar qırmızı vərəqə almasını irqçilik təzahürü adlandırıb













