Qvatemala Prezidenti cinayətkarlığın artması səbəbindən fövqəladə vəziyyət elan edib
"Bu gündən etibarən ölkə daxilində 30 günlük fövqəladə vəziyyət tətbiq etmək qərarına gəldim. Onun məqsədi vətəndaşların müdafiəsini və təhlükəsizliyini təmin etmək, dövlətin bütün gücünü, əsasən Milli Mülki Polisi və Qvatemala Ordusunu dəstələrlə mübarizə aparmaq və onların terrorçu hərəkətlərinin qarşısını almaq üçün istifadə etməkdir".
"Far.Az"un məlumatına görə, bu barədə Qvatemala Prezidenti Bernardo Arevalo xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, hakimiyyət cinayətkar təşkilatlara güzəştə getmək niyyətində deyil və asayişi bərpa etmək üçün sərt tədbirlər görməyə davam edəcək. Arevalo qeyd edib ki, zorakılığın artması cinayətkar qrupların əvvəllər kütləvi iğtişaşların və girov götürülmənin baş verdiyi həbsxanalara nəzarəti bərpa etmək üçün hökumət əməliyyatlarına cavabıdır.
O bildirib ki, təhlükəsizlik qüvvələrinin birgə əməliyyatları nəticəsində dövlət bir sıra penitensiar müəssisələr üzərində nəzarəti tam şəkildə bərpa edib və bütün saxlanılanları azadlığa buraxıb.
Qvatemala Prezidenti əmin edib ki, fövqəladə vəziyyətin elan edilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi ilə birbaşa əlaqəli tədbirlər istisna olmaqla, vətəndaşların gündəlik həyatına, dövlət və özəl qurumların işinə və ya əhalinin hərəkət azadlığına təsir göstərməyəcək.
Arevalo həmçinin dəstə hücumlarının qurbanı olan polis məmurlarının ölümü ilə bağlı üç günlük milli matəm elan edib.
Oxşar xəbərlər
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir













