Naxçıvanda təhsil müəssisələrinin istilik sistemləri binadan kənara çıxarılır
Naxçıvan Muxtar Respublikasının (İMR) sosial-iqtisadi İnkişafına dair Dövlət Proqramının icrası çərçivəsində muxtar respublika ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində istilik sistemlərinin binadan kənara çıxarılmasına başlanılıb.
"Far.Az"un yerli bürosunun məlumatına görə, layihə Dövlət Proqramının icrası istiqamətində həyata keçirilir və məqsəd təhsil müəssisələrində istilik təhlükəsizliyinin artırılması, həmçinin müasir standartlara uyğun şəraitin yaradılmasıdır.
Ölkədə mövcud olan analoji təcrübə araşdırılıb və divar tipli qazanxanaların quraşdırılması daha məqsədəuyğun hesab edilib.
Bu məqsədlə müvafiq şirkətlə müqavilə bağlanıb və artıq işlərə start verilib.
Layihənin ilkin mərhələsində nisbətən kiçik ölçülü təhsil müəssisələri, eyni zamanda ucqar kəndlərdə yerləşən məktəblər seçilib. Hazırda quraşdırma işləri mərhələli şəkildə həyata keçirilir.
Cari tədris ili ərzində ümumilikdə 30-a yaxın təhsil müəssisəsində qazanxanaların binadan kənara çıxarılması nəzərdə tutulur. Artıq 14 təhsil müəssisəsində montaj-quraşdırma işləri tamamlanıb. Digər müəssisələrdə isə işlərin yanvar ayının sonunadək yekunlaşdırılması planlaşdırılır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Los-Anceles yaxınlığında 4,2 maqnitudalı zəlzələ olub
-
Peruda güclü zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb













