Portuqaliyada prezident seçkilərində ikinci tur təyin edilib
Far.Az xəbər saytı

Portuqaliyada prezident seçkilərində ikinci tur təyin edilib


Sosialist Antoniu Joze Sequro Portuqaliyanın prezident seçkilərində liderlik edir, ona seçicilərin 31,1 %-i səs verib.

"Far.Az"un Portuqaliya KİV-ə istinadən verdiyi məlumata görə, ikinci yerdə isə 23,5 % ilə sağ radikal Andre Ventura ("Cheqa" Partiyası) qərarlaşıb.

Bundan əlavə, "Liberal Təşəbbüs" Partiyasından olan Joao Kotrim Fiqeyredo 15,9 % nəticə ilə üçüncü yeri tutub.

Namizədlərdən heç biri birinci turda seçicilərin səslərinin 50 %-dən çoxunu toplaya bilmədiyindən fevralın 8-də seçkilərin ikinci turu keçiriləcək.

Beləliklə, Portuqaliya 1986-cı ildən bəri ilk dəfə və 1976-cı ildə demokratiyanın qurulmasından bu yana yalnız ikinci dəfə prezident seçkilərinin ikinci turuna çıxır.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Portuqaliyada 40 ildən sonra ilk dəfə prezident seçkilərinin ikinci turu keçiriləcək - Yenilənib-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər