Kabildə otel partlayışında azı yeddi nəfər ölüb - YENİLƏNİB
Əfqanıstandakı bir oteldə baş vermiş partlayışda azı yeddi nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, partlayış Kabilin mərkəzində yerləşən otellərin birində qeydə alınıb.
Kabil polisinin mətbuat katibi Xalid Zadran bildirib ki, otel böyük ofis binalarının, ticarət mərkəzlərinin və səfirliklərin olduğu Şahr-e-Nau kommersiya rayonunda yerləşir. Bu rayon əfqan paytaxtının ən təhlükəsiz yerlərindən biri hesab olunur.
"Hazırda xəstəxanamıza 20 nəfər gətirilib. Yaralılar arasında dörd qadın və bir uşaq var", - Əfqanıstandakı EMERGENCY humanitar qrupunun direktoru bildirib.
Partlayışın dəqiq səbəbi hələlik məlum deyil. Hakimiyyət orqanları araşdırmalar aparırlar.
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
"Far.Az" "Al-Arabiya"ya istinadən xəbər verir ki, məlumat "Taliban" hökumətinin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən təsdiqlənib.
Partlayış Şahr-e-Nau rayonunda baş verib, ölənlərin və yaralananların dəqiq sayı, eləcə də partlayışla bağlı digər təfərrüatlar açıqlanmayıb.
"İlkin məlumatlara görə, bir neçə nəfər ölüb və yaralanıb", - DİN-in mətbuat katibi Əbdül Matin Kani bildirib və əlavə edib ki, təfərrüatlar sonra təqdim ediləcək.
Şahr-e-Nau rayonunda çox sayda xarici vətəndaş yaşayır, bu rayon Kabildə ən təhlükəsiz rayonlardan biri hesab olunur.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda ofis binasında PARTLAYIŞ: Xilasetmə görüntüləri
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir
-
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
-
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
-
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
-
Azərbaycandakı sığorta şirkətlərinin aktivlərinin məbləğinə görə renkinqi (01.10.2026)
-
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir













