Geomaqnit sahə bu gün aktiv səviyyədə olacaq - YENİLƏNİB
Far.Az xəbər saytı

Geomaqnit sahə bu gün aktiv səviyyədə olacaq - YENİLƏNİB


Hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlik aşağı (R1) səviyyədədir.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından "Report"a verilən xəbərə görə, günəş səthində aktiv oblastlar hesabına bu gün və sabah X sinif alışmaların olması ehtimal olunur.

Qeyd olunub ki, baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb, planetlərarası maqnit sahəsi bir neçə dəfə artıb. Yaranan Günəş küləyinin sürəti isə minimal olub.

Bu gün Günəş küləyinin artması gözlənilir. Bunun yanvarın 18-də Günəşdən ayrılan tac kültə atılması (TKA) hesabına olduğu ehtimal olunur. TKA-nın təsiri yanvarın 21-22-də kəskin azalacaq, 22-si günün sonunda Günəş küləyi parametrləri normal səviyyəyə gələcək.

Geomaqnit sahə bu gün aktiv (G1-G2 mülayim orta) səviyyədə olacaq. Sabah geomaqnit sahə normallaşacaq, yanvarın 22-dən stasionar hala gələcək. Bu gün geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 5-7 (G1-G2), sonrakı tarixlərdə 4 və daha aşağı olacaq.

Yerdə Günəşin Tac Kütlə Atılmaları nəticəsində yaranan zərbə dalğası səbəbindən G4 (güclü) sinifli maqnit qasırğası başlayıb.

"Report" bu barədə Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin Kosmik Hava Proqnozu Mərkəzinin məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, maqnit qasırğası Bakı vaxtı ilə saat 23:38-də G4 səviyyəsinə çatıb.

Qeyd edək ki, daha əvvəl bu gözlənilən kosmik hadisə barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yaymışdı.

Oxşar xəbərlər

Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər