Azərbaycan Prezidenti: "Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub"
Far.Az xəbər saytı

Azərbaycan Prezidenti: "Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub"


"Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub. Çünki bu gün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək yerlərin axtarışındadırlar".

Far.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.

"Bu nöqteyi-nəzərdən multikulturalizm, mədəni və etnik müxtəliflik, qarşılıqlı fəaliyyətin və birgəyaşayışın çox müsbət ruhu, bütün etnik mənsubiyyəti olan insanlar və bütün ənənəvi dinlərin nümayəndələri arasındakı qarşılıqlı hörmət həqiqətən də bu ruhu yaradır ki, insanlar Bakıda ev, mənzil almaq, yay fəslini, tətilini gəlib burada - dəniz sahilində keçirmək, həmçinin investisiya yatırmaq istəyirlər. Çünki siz tikinti mərhələsində investisiya yatırdıqda artıq layihə başa çatdıqdan sonra onu ikiqat qiymətə sata bilərsiniz", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər