Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərin hərbi rəhbərliyi ilə görüşüb
Far.Az xəbər saytı

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərin hərbi rəhbərliyi ilə görüşüb


Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Qətərə səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Tani və Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Casim bin Məhəmməd Al Mannai ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədovun da iştirak etdiyi görüşlərdə "DIMDEX 2026" sərgisinin ölkələrin dənizdən müdafiə qabiliyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər hərbi əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edərək Azərbaycan ilə Qətər arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, birgə hərbi təlimlərin keçirilməsinin vacibliyini bildirib, habelə maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərin hərbi rəhbərliyi ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qətərin hərbi rəhbərliyi ilə görüşüb

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Kərim Vəliyev Qətərdə Beynəlxalq Dəniz Müdafiə sərgisində iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər