Azərbaycanda ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olunub
Far.Az xəbər saytı

Azərbaycanda ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olunub


Azərbaycanda TƏBİB tabeli tibb müəssisəsində ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olunub.

"Far.Az" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk dəfə icra olunan robotik cərrahi əməliyyata dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu ölkə üçün qürurverici hadisədir:

"Əməliyyat zamanı hansısa texniki və cərrahi çətinlik yaranmayıb. Əgər ehtiyac olarsa əməkdaşlıq etdiyimiz xarici həkimlər sistemə müdaxilə edə bilirlər. Onu da bildirim ki, robotik cərrahiyyə sistemi özü heç bir qərar qəbul etmir. Robotik cərrahi əməliyyatı qan itkisini minimuma endirməyə də kömək edir. Bu ölkədə səhiyyə sisteminin inkişafına, eləcə də gələcəkdə daha çətin əməliyyatların icrasına töhfə verəcək".

Oxşar xəbərlər

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti müşavirə keçirilib
TƏBİB tabeli tibb müəssisələrində xəstələr üçün yeni təxliyə planı hazırlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər