Ceyhun Bayramovla Qiorqi Zakaraşvilinin görüşündə Orta Dəhlizin əhəmiyyəti qabardılıb
Far.Az xəbər saytı

Ceyhun Bayramovla Qiorqi Zakaraşvilinin görüşündə Orta Dəhlizin əhəmiyyəti qabardılıb


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib.

"Far.Az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, mövcud olan yüksək səviyyəli əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.

Görüş zamanı Azərbaycan-Gürcüstan tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə, və təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı etimada əsaslanan əlaqələrin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmi qeyd olunub.

Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin, həmçinin Qara dəniz sualtı elektrik enerjisi kabeli kimi "yaşıl enerji" layihələrinin regional və qlobal əhəmiyyətini qeyd ediblər.

C. Bayramov post-münaqişə dövründə regionda yaranmış reallıqlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, habelə Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə səfirə ətraflı məlumat verib.

Q. Zakaraşvili səmimi qəbula görə təşəkkürünü bildirərək, bu vəzifədə xidmət etməyin onun üçün böyük şərəf və məsuliyyət olduğunu vurğulayıb. O, fəaliyyəti dövründə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər