Sabiq nazir: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalansa region üçün böyük əhəmiyyət kəsb edəcək
Far.Az xəbər saytı

Sabiq nazir: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalansa region üçün böyük əhəmiyyət kəsb edəcək


Qarşıdakı dövrdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalansa, bu, region üçün enerji təchizatı və sülh baxımından böyük əhəmiyyət kəsb edəcək.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Türkiyənin keçmiş enerji və təbii sərvətlər naziri, millət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyası (PA) Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Dönməz deyib.

Onun fikrincə, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı alternativ nəqliyyat variantları yaratmaq mümkündür:

"Biz həmçinin bunu gələcək enerji axınları üçün alternativ bir yol hesab edirik. Yeri gəlmişkən, onu da qeyd etməliyəm ki, bu tərəfdaşlıq yalnız bu tranzit layihələri ilə bağlı deyil; SOCAR olaraq, Türkiyə Neft Şirkəti kimi, digər birgə layihələrimiz də var. Beləliklə, arzumuz, əlbəttə ki, gələcəkdə hər iki ölkədə bu layihələrin artmasıdır".

Bundan başqa QDİƏT PA Türkiyə nümayəndəliyinin sədri olaraq millət vəkili bu beynəlxalq təşkilatın yaradılmasında da hər iki ölkənin aparıcı rol oynadığını vurğulayıb:

"1991-ci ildə yaradılan bu təşkilat regional iqtisadi əməkdaşlığı artırmağı və beləliklə, regionun sülh və əmin-amanlığına töhfə verməyi hədəfləyir. Türkiyədə yerləşəm bu beynəlxalq təşkilatın hədəfinə doğru iərliləməsində Azərbaycanın da əsas payı var".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər