Türkiyənin ötən il Azərbaycandan aldığı neftin həcmi açıqlanıb
Ötən il Azərbaycan Türkiyəyə 242 min 598,6 ton xam neft ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 117 milyon 961,13 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2024-cü illə müqayisədə 1,8 dəfə, dəyəri isə 2 dəfə azdır.
Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 1,04 % olub.
Qeyd edək ki, 2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 12 milyard 091 milyon 147,47 min ABŞ dolları olan 23 milyon 381 min 284,82 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Ötən il Azərbaycanın ixrac etdiyi neftin 56 %-ni İtaliya alıb
Ötən il Azərbaycanın neft ixracı 1 %-ə yaxın azalıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
Azərbaycanda keçiriləcək WUF13 Özbəkistan mediasının diqqətindədir
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb
-
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışı üç mükafatla başa vurublar













