Dünya liderləri BMT-nin “Yüksək Səviyyəli Həftə“sində bir araya gələcək
Birləşmiş Millətlər Təşkilatının(BMT) Nyu-Yorkdakı əsas qərargah binasında baş tutacaq BMT Baş Assambleyasının "Yüksək Səviyyəli Həftə"sinə ciddi hazırlıqlar gedir.
"Report"un ABŞ bürosu xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu sessiyasının keçiriləcəyi Nyu-Yorkun Manhetten adasında təhlükəsizlik tədbirləri gücləndirilib, BMT-nin Nyu-Yorkdakı qərargah binası ənənəvi həftəyə hazırlıq məsqədi ilə gücləndirilmiş iş rejminə keçib.
Dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 22-də öz işinə başlayacaq. Ənənəvi həftənin ilk iki günüdə (22-23 sentyabr) "Gələcək üçün Zirvə" ("Summit for the Future") toplantısı baş tutacaq.
Görüşdə BMT-yə üzv 193 ölkədən 150-si ölkə başçısı və Baş nazir, digər ölkələr isə xarici işlər naziri səviyyəsində təmsil olunacağı gözlənilir.
Baş Assambleyanın 79-cu sessiyanda qlobal əməkdaşlığı gücləndirmək və cari çağırışlara effektiv uyğunlaşma yolları, dünya miqyasında bəşəriyyətin tərəqqisinə təkan vermək məqsədi daşıyan Dayanıqlı İnkişaf Məqsədləri, nüvə silahlarından istifadənin qarşısının alınması və qlobal güclərin həmrəliyi əsas müzakirə mövzuları olacaq. Bu fonda, rəsmi iclaslarda və görüşlərdə diqqət Yaxın Şərqdə davam edən münaqişə, Ukrayna və Sudandakı müharibələr kimi günün böhranlarına yönəldiləcək.
Azərbaycanı sessiyada Xarici İşlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Yüksək səviyyəli həftədə habelə COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək. Həftə ərzində Azərbaycanın COP29-a hazırlığı və bu səpkidə bir çox məsələlər keçiriləcək yan tədbirlər də müzakirə olunacaq.
Yüksək səviyyəli həftə sentyabrın 30-a qədər davam edəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
BMT Baş Assambleyası çərcivəsində NGBM-in ali səviyyəli toplantısı keçiriləcək
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













