Gürcüstanda siyasi birlik lideri azadlığa buraxılıb
Gürcüstanda "Strategiya Aqmaşenebeli" Siyasi Birliyinin lideri Giorgi Vaşadze həbsxanadan çıxıb.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, azadlığa buraxıldıqdan sonra jurnalistlərə açıqlama verən G.Vaşadze həyəcanlı və nikbin olduğunu bildirib.
O, Gürcüstanda ədalətli, azad və inkişaf edən bir cəmiyyət qurmaq niyyətində olduqlarını vurğulayıb.
Siyasi birlik lideri müxalif qüvvələr arasında birliyin vacibliyinə də toxunaraq qeyd edib ki, məqsəd böyük və ümumi olduqda daha çox təşkilatlanma və əməkdaşlığa ehtiyac var.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi Giorgi Vaşadzeni parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirmədiyinə görə yeddi ay müddətinə azadlıqdan və iki il müddətinə dövlət vəzifələrində çalışmaq hüququndan məhrum etmişdi.
Məhkəmə Vaşadzenin istintaq komissiyasına gəlməməsi və müəyyən edilmiş müddətdə cəriməni ödəməməsi səbəbindən onun barəsində 50 min lari məbləğində girov qətimkan tədbiri seçmişdi.
Bundan əlavə, Gürcüstan Prokurorluğu Giorgi Vaşadzeni bir sıra digər müxalifət liderləri ilə birlikdə konstitusiya quruluşunu devirməyə cəhd və sabotajda ittiham edirdi. Bu iş üzrə Mixeil Saakaşvili, Nika Qvaramiya, Nikanor Melia, Zurab Caparidze, Elene Xoştariya, Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı da cinayət işi açılıb.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













